Azərbaycan: İşçi Masası HİK üzvlərini dərhal azad edin!
![]() | İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycanda geniş yayılmış əmək istismarına qarşı ictimai maarifləndirmə aparır və ödənişsiz hüquqi dəstək göstərir. |
Azərbaycanda fəaliyyət göstərən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası sədr Afiəddin Məmmədovun və Ayxan İsrafilov, Elvin Mustafayev, Möhyəddin Orucovun siyasi motivli həbslərinə etiraz münasibətilə beynəlxalq həmrəyliyə çağırış edir. Bu həbslər Azərbaycanda müstəqil təşkilatlanmaya qarşı aparılan sistemli təzyiqlərin bir hissəsidir. Burada avtoritar rejim neoliberal istismara və işçilərin təşkilatlanmasına qarşı istənilən müqaviməti zorakılıqla boğur.
2022-ci ildə yaradılmış Konfederasiya "gig" işçilərinə hüquqi yardım, prekariyaya qarşı isə kollektiv müqavimət və etiraz aksiyaları vasitəsilə dəstək göstərib. Bu fəaliyyətlər hakimiyyətdən sərt və aqressiv cavab alıb. Həbs olunan fəallara qarşı irəli sürülmüş saxta narkotik və xuliqanlıq ittihamları böyüməkdə olan işçi hərəkatını dağıtmaq və onun liderlərini susdurmaq məqsədi daşıyır. Biz onların dərhal azad olunmasını tələb edir və hər kəsi birlik olmağa çağırırıq.